İyul 08, 2020 21:24 Asia/Baku
  • Azərbaycanda koronavirusa daha 542 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və xəstəxanalardan evə buraxılıb, 9 nəfər isə vəfat edib.

SaharAzeri xəbər verir, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Bu ölkədə indiyədək 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 542 nəfərdir.

Azərbaycanda ümumilikdə 537 min 230 test aparılıb. Bugünkü test sayı isə 7 355-dir.

Teqlər