Azərbaycan Respublikasında daha 352 nəfərdə koronavirus aşkar edilib
İyul 21, 2020 19:46 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 352 yoluxma faktı qeydə alınıb, 449 nəfər isi bu virusdan sağalıb.
SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycan Respublikasında 28 min 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 min 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.
Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür.