Azərbaycanda son sutkada 391 nəfər COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i364987-azərbaycanda_son_sutkada_391_nəfər_covid_19_a_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 13:10 Asia/Baku
  • Azərbaycanda son sutkada 391 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7 805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə ümumilikdə  649 953 test aparılıb.

Image Caption