İyul 24, 2020 12:20 Asia/Baku
  • Rusiya Ermənistanla Azərbaycan arasında atəşkəsin bərqərarına ümidvardır

Rusiya hökuməti Azərbaycanla Ermənistan arasında atəşkəs və danışıqlar prosesinin bərpası ilə bağlı fərqli təşəbbüslərin olduğunu bildirir.

SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, son günlər tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağıran bəyanatlar verilib. Bu bəyanatlar, o cümlədən Rusiyanın Prezident Administrasiyası və XİN tərəfindən də verilib.
Zaxarova xatırladıb ki, Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə təcili təmasları olub. Və o Azərbaycan və Ermənistan səfirləri ilə vəziyyəti müzakirə edib. Moskva hərbi qurumlar vasitəsilə də əməkdaşlıq həyata keçirir. Eyni zamanda İrəvan və Bakı atəşkəs və danışıqlar prosesinin bərpa edilməsi ilə bağlı fərqli təşəbbüslərlə çıxış edir.
Rusiyalı rəsmi ümid edib ki, beynəlxalq səfərlərə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra münaqişənin nizamlanması ilə bağlı kompleks məsələlərin predmetli müzakirəsi üçün imkan yaranacaqdır.

Teqlər