Ermənistan ordusunun bölmələri Tərtər rayonunun Qapanlı kəndini atıcı silahlardan atəşə tutublar
Avq 26, 2020 10:33 Asia/Baku
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikası ilə cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.
SəhərAzəri azertac-a istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05.00 radələrində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.
Atılan güllələr kənd sakininin evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.
Teqlər