Azərbaycandakı palçıq vulkanlarının UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i366580-azərbaycandakı_palçıq_vulkanlarının_unesco_nun_İrs_siyahısına_daxil_olması_üçün_işlər_aparılır
Azərbaycandakı palçıq vulkanlarının UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 13:02 Asia/Baku
  • Azərbaycandakı palçıq vulkanlarının UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır

Azərbaycandakı palçıq vulkanlarının UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır.

SəhərAzəri APA-ya istinadla xəbər verir, "Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur. Regionda isə ən çox palçıq vulkanı məhz Azərbaycandadır". 

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, ölkədə qoruq statusu altında mühafizə olunan vulkanlar var: "Qoruq isə ciddi mühafizə altında olan bir ərazidir. Amma qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür".