Ermənistanın ikiüzlü siyasəti
Rəsmi İrəvan Türkiyənin Qarabağ münaqişəsinin həlli prosesinə qoşulmasına qarşıdır
Sen 07, 2020 04:04 Asia/Baku
Ermənistan hökuməti Qarabağ münaqişəsinə başqa dövlətlərin cəlb edilməsinin əleyhinədir
Səhər Azəri bildirir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
Panarmenian portalının məlumatına əsasən, David Tonoyan Moskvada verdiyi açıqlamada Türkiyənin Azərbaycan Respublikası ilə hərbi zəmində əməkdaşlığını nəzərdə tutaraq deyib ki, regional münaqişələrin hərbi həll yolu yoxdur və yeni dövlətlərin bu kimi münaqişələrə cəlb edilməsi məqbul sayıla bilməz.
Erməni nazirin iddiasına görə, başqa dövlətlərin Cənubi Qafqazda hərbi varlığı qarşıdurma potensialını ikiqat artıra bilər.
D.Tonoyan sonra ölkəsinin Rusiya ilə hərbi əməkdalığını müdafiə edərək bunun bölgədə sülh və sabitliyə xidmət etdiyini iddia edib..
Teqlər