Azərbaycan nefti kəskin ucuzlaşıb
Sen 09, 2020 16:29 Asia/Baku
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Azərbaycan neftinin qiyməti ucuzlaşır.
SəhərAzəri Sputnik.Az-a istinadla xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,02 dollar ucuzlaşaraq 40,30 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,17 dollar geriləyərək 39,61 dollar, "Light" markalı neftin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 36,58 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.