Azərbaycanda qismən səfərbərlik elan edilib
Sen 28, 2020 13:39 Asia/Baku
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.
SəhərAzəri APA-ya istinadla xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.