Bakı ilə İrəvan arasında müharibə tələfatının cəsədləri mübadilə edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369582-bakı_ilə_İrəvan_arasında_müharibə_tələfatının_cəsədləri_mübadilə_edilib
Bu humanitar aksiya Rusiya, Azərbaycan Respublikası və Ermənistan liderləri tərəfindən imzalanan sənəd çərçivəsində həyata keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2020 11:54 Asia/Baku
  • Bakı ilə İrəvan arasında müharibə tələfatının cəsədləri mübadilə edilib

Bu humanitar aksiya Rusiya, Azərbaycan Respublikası və Ermənistan liderləri tərəfindən imzalanan sənəd çərçivəsində həyata keçirilib.

SəhərAzəri xəbər verir, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan Respublikası və Ermənistanın bir sıra müharibə tələfatının cəsədləri mübadilə edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, bu gün Şuşa şəhəri ətrafında öldürülən bir sıra erməni əsgərlərinin cəsədləri toplnılıb və Rus sülhməramlılarının nəzarəti və vasitəçiliyi ilə həyata keçirilən humanitar fəalıyyat çərçivəsində Ermənistana təhvil verilib. Məruzədə Ermənistana çatdırılan cəsədlərin sayı göstərilməyib, ancaq Azərbaycan Respublikasına çatdırılan cəsədlərin sayı altı olaraq elan edilib.

Bu humanitar əməliyyat Rusiya, Azərbaycan Respublikası və Ermənistan liderləri tərəfindən imzalanan sənəd çərçivəsində həyata keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, cəsəd mübadiləsi üçün Rusiya Müdafiə Nazirliyinə, xüsusilə Müdafiə Nazirinə təşəkkür edib.