Noy 15, 2020 21:54 Asia/Baku
  • Qarabağda yaşayan ermənilər evlərini yandırdılar

Dağlıq Qarabağda yerləşən Kəlbəcər rayonunundan çıxan ermənilər işğal müddətində ələ keçirdikləri hər şeyi daşıyır, apara bilmədiklərini isə yandırırlar ki, azərbaycanlılara heç nə qalmasın.

SəhərAzəri xəbər verir, Dağlıq Qarabağda yaşayan bir çox erməni ərazini tərk etmədən əvvəl evlərinə od vurub. Onlar bunu Azərbaycan Respublikası qüvvələrinin gəlişindən öncə ediblər. Azərbaycan Respublikası qüvvələrinin Dağlıq Qarabağ bölgəsinə gəlişi bu ölkənin hərbi qələbəsinin təsdiq möhürüdür.

Qarabağdan çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmir, meşələrdə, yol kənarında olan ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. Onlar işğal müddətində ələ keçirdikləri hər şeyi daşıyır, apara bilmədiklərini isə yandırırlar ki, azərbaycanlılara heç nə qalmasın.  Kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığı müşahidə edilib.

Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan üçtərəfli razılaşmaya görə, Dağlıq Qarabağda yerləşən Kəlbəcər rayonunu tərk etməli olan ermənilər talançılıq prosesini mikroavtobus və iri yük maşınları ilə həyata keçirirlər.

 

Teqlər