Gəncədə dezinfeksiya işləri aparılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i369675-gəncədə_dezinfeksiya_işləri_aparılır
Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2020 14:29 Asia/Baku
  • Gəncədə dezinfeksiya işləri aparılır

Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, şəhərdə mütəmadi olaraq dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılan işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunurlar. 

Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulur. Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılır. 

Tibbi-profilaktiki tədbirlərlə yanaşı Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları reyd və maarifləndirmə işlərini də davam etdirirlər.