Azərbaycan Respublikasında koronavirusa daha 4 381 nəfər yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 16 282 test aparılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda indiyədək ümumilikdə 167 min 155 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 103 min 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 16 282, hazırkı dövrədək isə 1 918 866 test aparılıb.