Azərbaycan Respublikasının nefti həftə ərzində 1%-dək ucuzlaşıb
Yan 16, 2021 15:42 Asia/Baku
Həftə ərzində Azərbaycan Respublikasının neftinin qiyməti 0,5 dollar və ya 0,9% azalıb.
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Həftə ərzində (11-15 yanvar) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 56,03 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,22 dollar və ya 4,1% çoxdur.
Həftə ərzində ən yüksək göstərici (II gün) – 56,82 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 55,17 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,5 dollar və ya 0,9% azalıb.