Azərbaycan Respublikasının fövqəladə hallar naziri korrupsiyada ittiham olunub
Azərbaycan Respublikası millət vəkili bu ölkənin fövqəladə hallar nazirini korrupsiyada ittiham edib.
SəhərAzəri "Qafqaz Həqiqətləri" xəbər portalına istinadən xəbər verir ki, Azərbaycan Respublikası millət vəkili Vəhid Əhmədov hüquq-mühafizə orqanlarını fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən ölkədən külli miqdarda pulun çıxarılması ilə bağlı araşdırma aparmağa çağırıb.
Millət vəkilinin sözlərinə görə, xidmət müddəti sona çatmış məmurlar qanunsuz topladıqları əmlak barədə izahat verməlidirlər.
Əhmədov əlavə edib: "Azərbaycan Respublikasının təhlükəsizlik təşkilatları kimin korrupsioner olduğunu bilirlər, amma təəssüf ki, ciddi tədbir görmürlər".
Azərbaycan Respublikası parlamentinin üzvü qeyd edib ki, korrupsiya məsələlərinin ciddi izlənilməməsi ölkəyə qarşı milli təhdidləri artıracaq və insanları hökumət qarşı bədbin edəcək.