Fev 02, 2021 13:20 Asia/Baku
  • Əliyev koronavirus vaksininin ədalətsiz paylanmasını tənqid edib

Azərbaycan Respublikasının prezidenti koronavirus vaksininin ədalətsiz paylanmasını tənqid edib.

SəhərAzəri xəbər verir, İlham Əliyev deyib: 38 milyon əhalisi olan Kanada 154 milyon doza vaksin sifariş verib. Bu, yoxsul ölkələrin maraqlarına diqqətsizlik deməkdir.

İlham Əliyev Bakının Abşeron yarımadasında yeni xəstəxananın açılış mərasimindəki çıxışında koronavirus vaksininin paylanması sahəsində İngiltərə ilə Avropa Birliyi arasındakı ixtilafa və bu sahədəki ədalətsizliklərə işarə edib və belə deyib: Bizim hamımız bu halları diqqətlə nəzərə almalıyıq.

Azərbaycan Respublikasının prezidenti söyləyib: Əgər inkişaf etmiş ölkələr koroanavirus vaksininin ədalətli şəkildə paylanması sahəsində razılığa gələ bilmir və qarşılıqlı şəkildə ittihamlar irəli sürürlər, bəs onda yoxsul və inkişaf etməkdə olan ölkələrin vətəndaşlarına hansı kəslər yardım edəcəklər?

Əliyev heç kəsin yoxsul və inkişaf etməkdə olan ölkələrə yardım etmək firkində olmadığına toxunaraq, deyib: İndiyədək bu barədə inkişaf etmiş ölkələrin liderlərindən heç bir fikir eşitməmişik.

Əliyevin sözlərinə görə, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi bu məsələni beynəlxalq səviyyədə qaldıracaq və öz məsuliyyyətini dərk və üzv ölkələrin mövqelərini müdafiə etməklə daima bu məsələni irəli sürəcək, zira bundan sonra vaksin əldə etmək üzrə mübarizə şiddətlənə və faciəli nəticələrə gətirib çıxara bilər.

Azərbaycan Respublikasının prezidenti daha sonra söyləyib: Hazırkı şəraitdə COVID-19 peyvəndinin paylanması sahəsində zəngin ölkələr arasındakı ixtilaflar istehsalçılara da neqativ təsir göstərib və bir çox ölkələrin vətəndaşları bu vaksini əldə etməkdən məhrum olublar.

Azərbaycan Respublikasının prezidenti deyib: Ümumdünya Səhiyyə Təşkilatından, istehsalçı şirkətlərdən və zəngin ölkələrdən istəməliyik ki, bu ölkələr bu kimi hərəkətlərə son qoysunlar, zira bu, ədalətsizlikdir və ona göz yummaq olmaz.

Teqlər