Fev 26, 2021 19:04 Asia/Baku
  • “Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalını rəsmən soyqırımı kimi tanısın”

Azərbaycan Respublikası prezidenti bundan sonra da dünya ölkələrinin Xocalını rəsmən soyqırımı kimi tanıması üçün səy göstəriləcəyini vurğulayıb.

SaharAzeri xəbər verir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib :“Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir”.

Azərbaycan Respublikasının başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib: “Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. 

Teqlər