Bu gündən aprelin 5-dək AR ərazisində ictimai nəqliyyat işləməyəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i375263-bu_gündən_aprelin_5_dək_ar_ərazisində_ictimai_nəqliyyat_işləməyəcək
Bu gündən aprelin 5-i saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2021 11:26 Asia/Baku
  • Bu gündən aprelin 5-dək AR ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən aprelin 5-i saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək bu ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.