Aslan İsmayılov: “Fələstini dəstəkləməyi heç bir məntiqlə izah etmək olmaz”
https://azeri.sahartv.ir/news/azərbaycan-i376914-aslan_İsmayılov_fələstini_dəstəkləməyi_heç_bir_məntiqlə_izah_etmək_olmaz
Bütün dünyanın Qüdsdə yaşanan olaylara görə İsrail rejimini qınadığı bir vaxtda azərbaycanlı vəkil bu rejimin cinayətlərinə etiraz etməməyi Azərbaycan xalqına məsləhət görüb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 12, 2021 06:50 Asia/Baku
  • Aslan İsmayılov: “Fələstini dəstəkləməyi heç bir məntiqlə izah etmək olmaz”

Bütün dünyanın Qüdsdə yaşanan olaylara görə İsrail rejimini qınadığı bir vaxtda azərbaycanlı vəkil bu rejimin cinayətlərinə etiraz etməməyi Azərbaycan xalqına məsləhət görüb.

SəhərAzəri-nin məlumatına əsasən, Aslan İsmayılov özünün insraqram paylaşımında bildirib ki, İsrail-Fələstin qarşıdurmasında Fələstini dəstəkləmək heç bir məntiqə sığmır və bu, ən azından öz vətəninə, ölkənin milli maraqlarına ziddir.

Azərbaycan prezidenti İlham Əliyev isə hələ 2018-ci il mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammitində Fələstin xalqının yanında olduğunu bildirmiş, Amerika rəhbərliyini bu dövlətin Qüdsü İsrailin paytaxtı tanımasına xair narahatlıq ifdə etmişdi.

Bununla belə vəkil öz fikirlərini əsaslandırmaq üçün Qarabağ münaqişəsində fələstinlilərin ermənilərə, İsrailin isə Azərbaycana dəstək verdiklərini iddia edib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində bir neçə fələstinli Azərbaycan tərəfində vuruşub və onlardan İsavi Məhəmməd adlı bir fələstinli şəhidlik zirvəsinə yüksəlibdir.