May 20, 2021 12:02 Asia/Baku
  • Putin: Rusiya məsələnin həlli üçün məsləhət verməyə hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Prezidentin mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər iki ölkənin rəhbərləri tərəfindən müzakirə edilib.

Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.

Teqlər