Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edildi
Bu gündən Azərbaycan Respublikasında açıq havada maska taxmaq tələbi ləğv edilib, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunub.
SəhərAzəri-nin məlumatına əsasən, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Bu qərar Qapalı bazarlara şamil edilməyib.
Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.
Nazirlər Kabineti habelə bu gündən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının bərpa edilməsinə qərar verib.
Xatırladaq ki, açıq havada maska taxmaq tələbi, cəmiyyət tərəfindən müsbət qarşılanmayırdı və polis ilə vətəndaşlar arasında ciddi qarşıdurmalara yol açırdı.