Azərbaycan ictimaiyyəti Rusiya prezidentinə müraciət edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i377747-azərbaycan_ictimaiyyəti_rusiya_prezidentinə_müraciət_edib
Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisinin azadlığa buraxılması ilə əlaqədar Azərbaycan ictimaiyyət nümayəndələrindən ibarət 52 nəfər Vladimir Putinə müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2021 08:38 Asia/Baku
  • Azərbaycan ictimaiyyəti Rusiya prezidentinə müraciət edib

Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisinin azadlığa buraxılması ilə əlaqədar Azərbaycan ictimaiyyət nümayəndələrindən ibarət 52 nəfər Vladimir Putinə müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Müraciətdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirmiş Aleksandr Qusevin həbsdən azad edilməsi faktının Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirdiyi bildirilir, ksenofobiydan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndirilir.

Müraciətdə Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanın qatil polisin “xidmətə görə təltif olunmasına” dair təklifinə görə Azərbaycan xalqından üzr istəməsi tələb olunub.

Müraciətdə Rusiyada dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarının genişlənəcəyi barədə xəbərdarlıq edilib və müxtəlif etnik qrupları və millətlərdən ibarət olan Azərbaycan Respublikası xalqının gərginlik içində diqqətlə Rusiya prezidentindən ədalətli qərar gözlədiyi vurğulanıb.

Müraciəti 52 deputat, partiya sədri və ictimaiyyət nümayəndələri imzalayıblar.

Xatırladaq ki, Keçmişdə də Azərbaycan Respublikası dövləti və ictimaiyyəti İskəndər raketlərinin qalıqlarının Şuşada aşkar edilməsi ilə bağlı Rusiya prezidentindən münasibət tələb etmişdi ama cavab almamışdı.