Mühərrikə quş düşdü, təyyarə dayanacağa qayıtdı
İyun 12, 2021 07:06 Asia/Baku
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320" təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.
Teqlər