İyun 12, 2021 12:40 Asia/Baku
  • ATƏT sədri Minsk qrupunun ən yaxşı format olduğunu vurğulayıb

ATƏT-in sədri,Ann Linde Ermənistanla Azərbaycan sərhədlərindəki gərginlikdən nigaran qaldığını bildirərək Minsk Qrupunun ən yaxşı format olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumata görə ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə çıxışı zamanı Ermənistanla Azərbaycan sərhədlərindəki gərginliyindən nigaran qaldığını bildirib.

Ann Linde deyib: Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir.”

ATƏT-in sədri insan hüquqları məsələlərinin həllindən də söz açıb:

"Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır", - Linde qeyd edib.

ATƏT-in sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasında 30 ilə yaxın vasitəçilik missiyasında sadəcə status kvonu Ermənistanın xeyirinə saxlamaqla məşğul olan Minsk Qrupunun buraxılması tələb olunur.

 

 

 


 

Teqlər