İngilislərin büdcəsində çirki pulların payı artır
Azərbaycandan oğurlanan pullar İngiltərə büdcəsinə verilir
Cəlal Əliyevin qızından müsadirə olunmuş 4 milyon funt sterlinq İngiltərə büdcəsinə veriləcək.
SəhərAzəri Britaniya mətbuatına istinadla xəbər verir: Milli Məclisin keçmiş deputatı mərhum Cəlal Əliyevin qızı İzzətCavadova və ərinin Azərbaycandan çıxardığı iddia olunan 4 milyon funt sterlinq İngiltərə büdcəsinə veriləcək. Bu barədə Britaniyada Cinayətkarlıqla Milli Mübarizə Agentliyi bildirib.
Məlumatda deyilir ki, İzzət Cavadova və əri Süleyman Cavadov iddia olunan məbləğdən yəni 6.4 million funtdan 4 milyonunu Britaniyaya ödəməyə razılaşıb.
Britaniyada Cinayətkarlıqla Milli Mübarizə Agentliyinin rəsmisi Andy Lewis "Azərbaycan Camaşırxanası" sxemi ilə əlaqəli pulların müsadirə edilməsini açıqlayarkən deyib ki, dövlət büdcəsi üçün 4 milyon funt təmin olunur. Bu, Britaniya üçün əhəmiyyətli bir uğurdur",
Ciayətkarlıqla Milli Mübarizə Mərkəzinin vəkili Conatan Hall isə bildirib ki, pulların hərəkəti saxta şirkətlər vasitəsilə edilib, həmin şirkətlərin yeganə məqsədi pulların mənşəyini "gizlətmək" olub və ehtimal ki, bu şirkətlərə daxil olan pul "kriminal" mənşəli olub.
Bu arada London rayon hakimi Vanessa Baraitser cütlüyün "pul yuyulması sxemindən" istifadə etdiyini və buna görə pulların müsadirə edilməsinin ədalətli olduğunu deyərək sövdələşməni təsdiqləyib.
Britaniyanın Cinayətkarlıqla Milli Mübarizə Agentliyi İzzət Cavadovanı və onun əri Süleyman Cavadovu paytaxtdakı həyatlarını "korrupsiya yolu ilə əldə edilmiş vəsaitlə maliyyələşdirməkdə, ölkəyə qanunsuz yolla 14 milyon funt-sterlinq yəni təqribən 33 milyon manat gətirməkdə" ittiham edir.
İzzət Cavadovanın əri Süleyman Cavadovun atası vaxtilə Azərbaycanın energetika nazirinin müavini olmuş Gülməmməd Cavadovdur.