Fəzail Ağamalı: Zəngəzur Azərbaycan torpağıdır; ora iddiamız var
https://azeri.sahartv.ir/news/azərbaycan-i378885-fəzail_ağamalı_zəngəzur_azərbaycan_torpağıdır_ora_iddiamız_var
Azərbaycan dövlət başçısının Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılmasına dair fərmanının ardından Milli Məclisdə Ermənistana qarşı ərazi iddiası irəli sürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2021 09:44 Asia/Baku
  • Fəzail Ağamalı: Zəngəzur Azərbaycan torpağıdır; ora iddiamız var

Azərbaycan dövlət başçısının Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılmasına dair fərmanının ardından Milli Məclisdə Ermənistana qarşı ərazi iddiası irəli sürülüb.

SəhərAzəri-nin məlumatına əsasən, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır və ora iddiamız var.

Onun sözlərinə görə, 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcə Zəngəzur yox, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Azərbaycan tarixi torpaqlarına iddia edəndə kimdənsə çəkinməməlidir. Və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, Zəngəzur Ermənistana o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur məsələsinə toxunaraq demişdi: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır