QMİ sədri:
“Burda Ermənistanın barmağı yaxudda ermənipərəstlərin barmağı var”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxül-islam Allahşükür Paşazadə bəzi məlum media və şəxslərin Türkiyə-Azərbaycan-İran dostluğuna zərbə vurmaq cəhdlərini ifşa edib.
SəhərAzəri-nin məlumatına əsasən, Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimliyə eksklüziv müsahibəsində Hacı Allahşükür Paşazadə Türkiyə prezidentinin məsləhətçisi M.Mücahit Küçükyılmazın ittihamlarını əsassız adlandırıb: “. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.”-deyə A.Paşazadə bildirib.
QMİ sədri Ərdoğanın məsləhəçsininin söylədiklərinə görə cavabdehlik daşımalı olduğunu deyib: “ Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.”
Şeyxul-islam Allahşükür Paşazadə onu Ayətullahül-üzma Xameneinin Qarabağ fitvasını yada salmasına görə ittiham edənlərin niyyətlərindən də danışıb: “ Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik.
QMİ sədri İrana Azərbaycanı Qarabağ müharibəsində tam dəstək verdiyinə görə təşəkkürünü bildirdikdən sonra onun məlum mərkəzlərdən hədəfə alınmasına cavab olaraq deyib: İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.İran bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimizin başçısıdır.
Allahşükür Paşazadə Azərbavycan,İran və Türkiyə arasında yaxın münasibətlərdən narahat olanların məqsədlərinə də toxunub: “Bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın. Mən elə bilirəm ki burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var.