Sen 13, 2021 17:01 Asia/Baku
  • Türkiyə, Pakistan və Azərbaycanın birgə hərbi təlimləri başlayıb

Türkiyə, Azərbaycan Respublikası və Pakistanın silahlı qüvvələrinin iştirakı ilə Bakıda "Üç Qardaş - 2021" adlı birgə hərbi təlimlər başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Hikmət Mirzəyev bu birgə təlimlərin açılış mərasimində Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün 44 günlük müharibədə, Türkiyə və Pakistanın Azərbaycan Respublikasına göstərdikləri dəstəyi yüksək qiymətləndirib.

Mirzəyev birgə təlimlərin keçirilməsini və üç ölkənin əməkdaşlığını Türkiyə, Azərbaycan Respublikası və Pakistan arasındakı sıx əlaqələrin əlaməti kimi dəyərləndirib.

General-leytenant Hikmət Mirzəyev "Üç qardaş – 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

"Üç qardaş – 2021" təlimləri sentyabrın 30-dək davam edəcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, Türkiyə, Azərbaycan Respublikası və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin ilk birgə təlimidir.

Bundan əvvəl Türkiyə, Azərbaycan və Pakistanın parlament spikerləri Bakıda Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə keçirilən iyul mərasimində "Bakı Bəyannaməsi" adlı bir bəyanat imzalayıblar.

Bəyanata əsasən, üç ölkə mədəni və tarixi bağlara, qarşılıqlı hörmət və etimada əsaslanaraq, əməkdaşlığı genişləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

Teqlər