İranlı rəsmi Bakıda Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan danışdı
"Üç ölkənin beyin mərkəzləri arasında əməkdaşlıq vacibdir"
-
Məhəmməd Kazım Səccadpur
İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyə və Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşılığın əhəmiyyətindən danışıb.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib ki, Azərbaycanın, İran İslam Respublikası və Türkiyənin analitik mərkəzlərinin fəaliyyəti ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək."
İranın XİN rəsmisi sonra deyib: “Bizim həqiqətən də Azərbaycanla yaxşı ikitərəfli münasibətlərimiz var . Biz həmçinin İranın, Azərbaycanın və Türkiyənin analitik mərkəzlərinin üçtərəfli əməkdaşlığı üzərində də işləməyə hazırıq. Bu baxımdan bugünkü görüş çox böyük əhəmiyyətə malikdir. Biz, regionda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edə bilərik”.
O, Azərbaycan, İran və Türkiyə arasında əlaqələrin gələcək möhkəmləndirilməsi baxımından üç ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Üç ölkənin beyin mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcəklər.