Okt 04, 2021 16:04 Asia/Baku
  • Pandora Sənədləri Əliyevlər ailəsinin korrupsiyasını ifşa edir

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi​ Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ailəsi və yaxınları tərəfindən 2006-cı ildən çirkli pulların yuyulması ilə bağlı geniş hesabatlar dərc edib.

SəhərAzəri-nin məlumatına əsasən, fərqli ölkələrin 35 indiki və keçmiş rəhbərləri və 300 tanınmış siyasi xadimin gizli hesabları və xaricdə aldıqları mülklərin üstünü açan bu ifşaçılıq bir neçə maliyyə şirkətin sənədlərinin sızmasına əsaslanır və "Pandora sənədləri" adlanır.

Bu hesabatda bir nümunə, milli sərvətləri "talan etməkdə" ittiham olunan Azərbaycan prezidenti İlham Əliyev və ailəsidir.

"Pandora sənədləri"nə əsasən, İlham Əliyev və ailəsi İngiltərədə gizlicə 700 milyon dollarlıq əmlak əldə ediblər.

Məlumata əsasən, Əliyevlər 17 mülk əldə ediblər, o, cümlədən Əliyevin oğlu Heydər hələ 11 yaşı olanda Londonun bahalı Meyfer məhələsində dörd binaya sahiblənib. 44.7 milyon dollarlıq blok 2009-cu ildə prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydərin adına keçirilib.

Əliyev ailəsi 2018-ci ildə həmin binaya yaxın bir yerdə 66 milyon funt sterlinq dəyərində başqa bir binanı da kral ailəsinə satıblar. 

Pandora sənədləri, mülkləri satın alan 95 min şirkətin adını ifşa edir  və bu göstərir ki, Britaniya hökuməti  şirkətlərə məxsus mülkiyyət sənədlərini rəsmi olaraq, qeydiyyata almaqda səhlənkarlıq edib, hansı ki, onların sahibləri vergi sığınacaqlarında qeydiyyatdan keçiblər. 

Bundan əvvəl də "Guardian" qəzeti Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi​nə istinadən Azərbaycan prezidentinin qızları Leyla və Arezu Əliyevaların Londonda çirkli pulların yuyulması ilə bağlı daşınmaz əmlak almaq səyləri barədə məlumat vermişdi.

Teqlər