Okt 05, 2021 10:38 Asia/Baku
  • Müxalifət lideri İlham Əliyevi istefaya çağırdı

Pandora sənədlərində Azərbaycan Respublikası prezidentinin adının hallanması bu ölkəni silkələyib. İqtidar hələlik ittihamlara münasibət bildirməsə də, müxalifət ölkə başçısının istefasını tələb edir.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyası AXCP-nin Sədri Əli Kərimli öz Facebook səhifəsində yazır: "İlham Əliyev və yaxınları son illərdə ofşor şirkətlər vasitəsilə Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollar dəyərində 17 bahalı daşınmaz əmlak əldə ediblər. Mütəşəkkil cinayətkarlıq və korrupsiyanı araşdıran beynəlxalq jurnalistlər şəbəkəsi bu gizli məlumatları sənədlər və faktlar əsasında açıqlayıb."

Partiya sədri hakimiyyətə sual verir: “İlham Əliyev yenədəmi xalqa izahat verməyəcək? Yenədəmi heç nə olmamış kimi susacaq və xalqa korrupsioner icra başçılarının kasıbların malını yeməklərindən danışacaq? Ancaq sussa da, danışsa da bir şey dəyişməz.

Əli Kərimli öz paylaşımının sonunda qeyd edir ki, bu qədər nəhəng korrupsiya ifşalarından sonra İlham Əliyevin dövlət başçısı vəzifəsində qalmağa mənəvi haqqı yoxdur.

 

Teqlər