Okt 13, 2021 20:01 Asia/Baku
  • iranlı sürücü
    iranlı sürücü

İranla Azərbaycan Respublikasının xarici işlər nazirlərinin telefon danışığından sonra, iki iranlı yük maşını sürücüsü Azərbaycan Respublikası tərəfindən sərbəst buraxılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Bloomberq" telekanalı məlumat yayıb. 

Məlumata əsasən, Azərbaycan Respublikası tərəfindən saxlanılan iki iranlı sürücü sərbəst buraxılıb ki,  bu da iki həmsərhəd ölkənin əhəmiyyətli tranzit yolları üzərində və sionit rejimin regionda iştirakı ilə bağlı mümkün qarşıdurmaları azaltmağa çalışdığını göstərir.