Okt 15, 2021 12:34 Asia/Baku
  • AR və Ermənistan hərbçiləri toqquşublar
    AR və Ermənistan hərbçiləri toqquşublar

Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkə hərbçilərinin Ermənistan silahlı dəstələrilə toqquşmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik bildirib ki, toqquşma cümə axşamı günü Qarabağ bölgəsində- Rusiya sülhməramlılarının yerləşdikləri məkanın yaxınlığında Ermənistan silahlı dəstələrinin atəşlərindən sonra baş verib. Nəticədə bir neçə nəfər ölüb və yaralanıbdır.

Digər bir mənbədən verilən məlumata görə, həmin hadisədə öncə bir neçə erməni yaraqlısı arasında toqquşma baş verib. Sonra onların yerləşdikləri məkanda partlayış səsi eşidilib.

Azərbaycan Respublikasının müdafiə nazirliyi bir bəyanatda bu ölkənin Əfqan Həmzəyev adlı hərbçisinin öldürülməsini pisləyib. Bildirib ki, toqquşma Ermənistanın dəstək verdiyi yaraqlılar tərəfindən həyata keçirilib. Nazirlik qeyd edib ki, bu hərəkət 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı pozur və bölgədə vəziyyətin ağırlaşmasına kömək edir.

Dünən də Azərbaycan Respublikasının müdafiə nazirliyi iddia etmişdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan Respublikasının mülki avtomobillərinə atəş açıblar. Amma indiyə kimi Yerevan rəsmiləri Bakının bu iddiasına reaksiya verməyiblər.

 

Teqlər