SəhərAzəri Televiziya kanalının internet saytı bloklanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i382407-səhərazəri_televiziya_kanalının_internet_saytı_bloklanıb
SəhərAzəri Televiziya kanalının bəzi tamaşaçıları telekanalın sosial şəbəkələrdəki hesabları vasitəsi ilə müraciət edərək, Azərbaycan Respublikasında SəhərAzəri-nin internet saytının (https://azeri.sahartv.ir) bloklandığını bildirirlər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 23, 2021 11:12 Asia/Baku
  • SəhərAzəri Televiziya kanalının internet saytı bloklanıb

SəhərAzəri Televiziya kanalının bəzi tamaşaçıları telekanalın sosial şəbəkələrdəki hesabları vasitəsi ilə müraciət edərək, Azərbaycan Respublikasında SəhərAzəri-nin internet saytının (https://azeri.sahartv.ir) bloklandığını bildirirlər.

SəhərAzəri Tv-nin bəzi tamaşaçılarının iddialarına görə, Azərbaycan Respublikası daxilindən bu sayta girmək mümkün deyil və bu məqsədlə mütləq anti-filter proqramlarından istifadə edilməlidir.

Sosial media istifadəçilərinin bildirdiklərinə görə həmçinin deyerler.az,Ahlibeyt.az, Ehlibet.info,maide.az,islaminsesi.org  və Shia.az kimi dini mövzularda fəaliyyət göstərən veb səhifələri də bağlanıb.

Bundan əlavə Azərbaycanda "Youtube" kanalında yayımlanan   iran dini seriallarının da bloklandığı bildirilir.