BP yeni hesabatını yaydı
BTC ilə neft nəqli azalıb
Bakı-Tiflis-Ceyhan kəməri vasitəsi ilə neftin ixracı azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci ilin ilk üç rübü ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri 148 milyon barrel və ya 19,6 milyon ton neft nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,64 faiz azdır.
Bu barədə BP-nin hesabatında məlumat yayılıb.
Hesabat dövründə Ceyhan terminalında 204 tanker yola salınıb.
Xatırladaq ki, 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək BTC vasitəsilə ümumilikdə təqribən 3,71 milyard barrel yəni 495 milyon tondan çox xam neft nəql edilib və Ceyhanda 4 863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2021-ci ilin ilk üç rübü Bakı-Tiflis-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq, əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait xərclənib.