Noy 26, 2021 14:02 Asia/Baku
  • Azərbaycanı da Türkiyənin aqibəti gözləyir

Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu Türkiyənin milli valyutasının kəskin dəyər itirməsinə münasibət bildirib və deyib ki, türk lirəsinin kəskin dəyərsizləşməsi Azərbaycan üçün dərs olmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Q.İbadoğlu öz Facebook səhifəsində yazır: "Türk lirəsi son günlər kəskin dəyərsizləşməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır. Türkiyənin bu günü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir. Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan manatı və rus  rublunun sabitliyi  yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur. Bu gəlirlər azalan kimi həm Rusiyada və həm də Azərbaycanda qara günlər başlayacaq. Təəssüf ki, büdcə xərclərini son 4 ildə 23,2 faiz artırıb, həmin  dövr ərzində qeyri-neft sektorunun 4 dəfəyədək az- 6,2 faiz artımına malik olan korrupsioner  Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Çünki, ölkədə idarəetməyə məsul olan hakim ailədən tutmuş yüksək vəzifəlilərə qədər hər kəsin başı korrupsiya, inhisarçılığa, büdcədən talanan, gizli iqtisadiyyatdan formalaşan kapitalın ölkədən çıxarılıb ofşor şirkətlərin  qurulmasına qarışıb."

Türkiyəyə gəlincə, iqtisadçı hesab edir ki, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu və gələn ay kritik olacaq.

Teqlər