Yan 15, 2022 13:18 Asia/Baku
  • Pekres Azərbaycan prezidentini məhkəməyə verir

Fransa prezidentliyinə namizəd Azərbaycan dövlət başçısını məhkəməyə verməklə hədələyib.

SəhərAzəri-nin məlumatına əsasən, ötən ilin dekabrında Qarabağda qanunsuz səfərdə olmuş Fransa prezidentliyinə namizəd Valeri Pekresin vəkili Tibo de Montbrial “AFP” nəşrinə bildirib ki, beynəlxalq hüququn hazırkı prezidenti məhkəmə iddialarından qorumasına baxmayaraq yanvarın 16-da Valeri de Pekres Azərbaycan Prezidentinə qarşı iddia qaldıracaq.

Fransa prezidentliyinə namizəd Valeri Pekres özü də Qarabağa səfəri ilə bağlı ona qarşı “təhdid”ləri şərh edərək belə “təhdid”lərin onu qorxutmadığını qeyd edib. O, Fransa diplomatiyasının “sükutundan” təəccübləndiyini bildirib.

Yanvarın 13-də isə Fransadakı erməni təşkilatlarının koordinasiya şurası Fransa prezidentliyinə namizəd, İle-de-Frans vilayətinin prezidenti Valeri Pekresə qarşı “təhdid”lərlə bağlı bəyanat yayıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə və onun verdiyi bəyanata sərt münasibət bildirib. 

Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaq: "Hesab edirəm ki, bu bəyanatları verənlər də bunu başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, prezident Makrona qarşı edilən səfər idi".

Bu arada Avropa Parlamentinin fransalı üzvü, Xarici Əlaqələr Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Luizon Azərbaycanın səfiri Rəhman Mustafayevi kəskin şkildə tənqid edib və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı tvitinə etirazını bildirib.

“Cənab səfir, Fransa Minsk qrupunun həmsədridir və siz ondan imtina etmiş kimi davranırsınız. Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, atəşkəs rejiminə əməl olunmur”,- deyə o fransalı diplomat əlavə edib.

Teqlər