Yan 18, 2022 12:57 Asia/Baku
  •  Polisin nəzarəti altında ildə bir dəfə

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə baxış keçirmək istəyənlər ildə bir dəfə polisin müşayiəti ilə səfər edə biləcəklər.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Anar Rzayev bu gün deyib ki,  Ölkə vətəndaşları azad edilmiş rayonlara ildə bir dəfə gedə biləcəklər.

Səfərlər sərnişin avtobusları ilə həyata keçirilə bilər. Bundan ötrü  sərnişinlər bədbəxt hadisələrdən sığortalanacaqlar.

Anar Rzayev avtobus bletlərinin qiymətini də açıqlayıb: “ Biletin qiyməti 10 manat 40 qəpik, Ağdama 9 manat 40 qəpik, Füzuli aeroportundan Şuşaya 6 manat olacaq.

Dövlət rəsmisinin dediyinə görə Müharibə qəhrəmanları, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlillərindən blet pulu alınmayacaq.

Avtobuslar azad edilmiş ərazilərdə polisin müşayiətilə hərəkət edəcəklər. Həmçinin hər avtobusda polis əməkdaşı olacaq.

Teqlər