Yan 18, 2022 14:27 Asia/Baku
  • 2005-ci ildən bəri şikayətlərə AİHM-dən cavab olmayıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini deyib ki, Azərbaycan 2005-ci ildən bəri ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayətlər göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib: “Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayətlər verib. O Azərbaycan Respublikasının bu cür şikayətləri 2005-ci ildən bəri hazırlayaq məhkəməyə göndərdiyini bildirib.

Çingiz Əsgərovun dediyinə görə bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var.

İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlərin  icraatın ilkin mərhələsində olduğunu bildirən Çingiz Əsgərov 1-ci Qarabağ müharibəsindən 30 ilin keçməsinə rəğmən nəyə görə AİHM-dən 17 ildir verilən şikayətlərə heç bir münasibət olmadığına aydınlıq gətirməyib.

Teqlər