Yan 19, 2022 14:34 Asia/Baku
  •  Hacı Zeynəlabdin Tağıyevin təsbehi niyə qıcıq doğurmalıdır?

Dünən Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışından sadəcə bir neçə saat sonra gecə saatlarında heykəl zədələnib.

SəhərAzəri-nin məlumatına əsasən,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslərin saxlanıldığını deyib, hadisəni törədənlərin milli dəyərlərdən uzaq olduqlarını bildirsədə onların nəyə görə dindar xeyriyyəçinin sadəcə təsbehini sındırdıqlarına aydınlıq gətirməyib.

Heykəlin qoparılan təsbeh hissəsini bərpa edən heykəltaraş

Xanlar Əhmədov isə Hacı Zeynəlabdin Tağıyevin əlindəki təsbehi qoparanları ağılsızlıqda pis vərdişin təsiri altında olmaqda günahlandırsa da onların bunu hansı səbəblərdən etdiklərini öyrənməyə çağırıb.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev əlində təsbeh tutan bu heykəlin son dərəcə zəngin olsada varlı adam kimi deyil xeyriyyəçi kimi məşhur olan bir insane aid olduğunu xatırlatmışdır. Bu isə Hacı Zeynəlabdin Tağıyevin dini inanclarından mənşə alan təfəkkürünün məhsuludur. Hacı Zeynəlabdin Tağıyev həm də Peyğəmbərimizin(s.ə) elmin öyrənilməsinə ölan möhkəm tövsiyyələrinə uyğun olaraq, gənclərin elmi təhsili, qızların savadlanması üçün öz vəsayiti hesabına böyük təşəbbüslər göstərmişdir.

Atteist Sovet hökuməti tərəfindən həyatı faciəli şəkildə sonuclanan Hacı Zeynəlabdin Tağiyevi və onun kimiləri yetişdirən məktəb də faciəli tele yaşadı. Ancaq 20 yanvar kimi qırğınları yaşayan Azərbaycan Respublikasının müsəlman xalqı nəhayət özünün dini və milli varlığına düşmən kəsilənlərin ayağını öz torpaqlarınan qırdı. Azərbaycan xalqının öz dini və milli mentalitetinə qayıdışı bu gün də fərqli forma və adlar daşıyan müasir atteistləri qıcıqlandırmaqdadır.

Teqlər