Yan 28, 2022 13:09 Asia/Baku
  • Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi bu məlumata görə, Azərbaycan Respublikası ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.


Məlumatda Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itkinin olmadığı bildirilir.

Teqlər