Hüquq müdafiəçiləri İlham Əliyevə müraciət ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i385952-hüquq_müdafiəçiləri_İlham_Əliyevə_müraciət_ediblər
Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Arzu Abdullayeva prezident İlham Əliyevin diqqətini ölkədə insan hüquqları ilə bağlı vəziyyətə cəlb etmək məqsədilə ona müraciət ediblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 15, 2022 12:40 Asia/Baku
  • Hüquq müdafiəçiləri İlham Əliyevə müraciət ediblər

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Arzu Abdullayeva prezident İlham Əliyevin diqqətini ölkədə insan hüquqları ilə bağlı vəziyyətə cəlb etmək məqsədilə ona müraciət ediblər.

SəhərAzəri-nin məlumatına əsasən,Hüquq müdafiəçiləri torpaqların böyük hissəsinin işğaldan azad edilməsinə toxunaraq ölkədəki insan haqları vəziyyətinin işlaldan azad olmanın sevincini yaşamağa imkan vermədiyini Azərbaycan Respublikası prezidenti İlham Əliyevəin diqqətinə çatdırıblar.

Ən müxtəlif beynəlxalq meydançalarda insan hüquqları ilə bağlı vəziyyətdən ölkəmizin maraqlarına qarşı necə istifadə olunduğunu müşahidə etmək bizi, 30 il stajı olan hüquq müdafiəçilərini məyus edir", - müraciətdə deyilir.

“Hüquq sahəsində dönüş etməyin vaxtı çatıb və Azərbaycanda demokratik cəmiyyətin möhkəmləndirilməsi və ölkənin mənfi reputasiyasının dəyişdirilməsi üçün real potensial var”,- deyə hüquq müdafiəçilərinin müraciətində bildirilir.

Cəfəroğlu və Abdullayeva həmçinin dövlət başçısının diqqətini hüquq müdafiəçisi,  müxtəlif instansiya məhkəmələrdə vətəndaşların hüquqlarını uğurla müdafiə edən və 2 ildən çoxdur ki, həbsdə olan  vəkil  Elçin Məmmədin taleyinə yönəldirlər, onun peşə fəaliyyətinin məmurların narazılığına səbəb olduğuna görə həbsə məruz qaldığını vurğulayıblar.