Azərbaycanlı siyasi mühacir silahlı hücuma məruz qalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i387032-azərbaycanlı_siyasi_mühacir_silahlı_hücuma_məruz_qalıb
Martın 15-də AND Avropada azərbaycanlı siyasi mühacirlər təşkilatının üzvü Elnur Məsimov Fransanın Tuluza şəhərində silahlı hücuma məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2022 16:45 Asia/Baku
  •  Azərbaycanlı siyasi mühacir silahlı hücuma məruz qalıb

Martın 15-də AND Avropada azərbaycanlı siyasi mühacirlər təşkilatının üzvü Elnur Məsimov Fransanın Tuluza şəhərində silahlı hücuma məruz qalıb.

SəhərAzəri-nin Turan informasiya agentliyinə istinadla verdiyi məlumata görə,AND rəhbəri, jurnalist Qənimət Zahid Turan-a bildirib, Məsimov öz avtomobilində dostu ilə birlikdə gedərkən silahlı hücum olub.

4 nəfərin olduğu başqa bir avtomobil onların yolunu kəsib.

Məsimova atəş açıblar və o, dizindən yaralanıb.

Məsimovun dostunun isə ürəyinə bıçaq zərbəsi endiriblər, hazırda reanimasiyadadır.

Məsimov əməliyyat olunub və artıq xəstəxanadan evə buraxılıb.

AND rəhbərliyi hesab edir ki, hücum "şəxsi motivli” deyil, "sifariş”dir.

"Hücum edənlərin şəxsiyyəti məlum deyil. Bu, qaranlıq vaxtda baş verib və hücum edənlərin üzlərini görmək mümkün olmayıb. Başlarında "çeçenka” papaqlar olub. Heç bir dildə danışmayıblar", - Zahid bildirib.

Onun sözlərinə görə, Azərbaycanda polisdən Məsimovun ailə üzvlərinə dəfələrlə xəbərdarlıq ediblər ki, o, Fransada Azərbaycan hakimiyyətinə qarşı müxalifətçilik fəaliyyətinə son qoysun.