Mart 25, 2022 12:07 Asia/Baku
  • Müxalifət Ukraynaya dəstək aksiyası keçirəcək

Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-nə Ukraynaya dəstək mitinqi təyin edib.

SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Bakı Şəhər İcra hakimiyyətinə müraciətdə mitinqin keçirilməsi üçün yer olaraq "Məhsul" stadionu, metronun "Nərimanov" stansiyası yanındakı park və "Ukrayna" dairəsi təklif olunacaq.

Aksiyada məqsəd Rusiyanın Ukraynaya hərbi hücumuna etiraz nümayiş etdirmək, müharibənin  dayandırılmasını  tələb etməkdir.

Hələlik rəsmi qurumlar Milli Şuranın qərarına reaksiya  verməyiblər.

Teqlər