Azərbaycan sionistləri İran sərhədlərinə gətirir? +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i387668-azərbaycan_sionistləri_İran_sərhədlərinə_gətirir_vİdeo
Dünən Azərbaycan Respublikası ilə İsrail rejimi arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 06, 2022 09:22 Asia/Baku
  • Azərbaycan sionistləri İran sərhədlərinə gətirir? +VİDEO

Dünən Azərbaycan Respublikası ilə İsrail rejimi arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

SəhərAzəri-nin AZƏRTAC-a istindən verdiyi məlumata görə, görüşdə Mikayıl Cabbarov İsrail rejimi ilə  iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Sionist rejimin turizm naziri Yoel Razvozov isə bu rejim şirkətlərinin bir sıra sahələrə, eləcə də Azərbaycan Respublikasının İranla həmsərhəd olan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib,

Görüşdə qeyd edilib ki, Azərbaycan Respublikası ilə sionist rejim arasında iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarətin həcmi 2021-ci ildə 2 dəfəyə yaxın, bu ilin yanvar-fevral aylarında isə 6 dəfə artıb. Hazırda Azərbaycanda xidmət, sənaye, ticarət, kənd təsərrüfatı və tikinti sahələri üzrə 90-dan çox İsrail şirkəti fəaliyyət göstərir.

Sonra İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri ilə keçirilən geniş tərkibli görüşdə Azərbaycan Respublikası İqtisadiyyat naziri, Azərbaycanın əlverişli işgüzar mühiti, İranla həmsərhəd olan işğaldan azad edilmiş ərazilərdə iqtisadi potensial barədə məlumat verib, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və səmərəli istifadəsi, alternativ enerji, turizm, səhiyyə, təhsil, İKT, innovasiya və sair sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, sionist rejim şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İsrail rejiminin “Rayzone” şirkəti arasında “big data” platformasının hazırlanması və idarə olunmasına dair layihə ilə bağlı memorandum, həmçinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə sionist rejimin “Mekorot” şirkəti arasında konsultasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanıb.