Apr 20, 2022 14:07 Asia/Baku
  •  “Büdcədən yeyintilərin qarşısını almaq üçün ictimai nəzarət artırılmalıdır”

Azərbaycan Respublikası parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Rüfət Quliyev büdcədən yeyintilərin qarşısının alınması üçün ictimai nəzarətin gücləndirilməsinə çağırıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı çıxış edən deputat Rüfət Quliyev büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat verilməsini tələb edib: “ Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik.”- deyə deputat bildirib.

Deputat Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumatın da əksini tapmalı olduğunu vurğulayıb.

R. Quliyev Azərbaycanda insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu vurğulayıb: “Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İTSDA-ya müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.

Teqlər