Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i388403-azərbaycan_rusiyaya_qazın_dəyərini_rublla_ödəməyə_başlayıb
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Rusiya Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2022 07:59 Asia/Baku
  • Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib ki, Rusiya Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Denis Qonçar Moskvanın bu təşəbbüsünün Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər olduğunu bildirib.

O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.