İran və Azərbaycan dəmiryolları təzəkənddə birləşdirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i388489-İran_və_azərbaycan_dəmiryolları_təzəkənddə_birləşdirilir
İranın Ərdəbil vilayətinin başçısı Həmid Amuli Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşündə deyib ki, İranın Parsabad şəhərinin Təzəkənd bölgəsindən dəmir yolunun Azərbaycana birləşdirilməsi layihəsinin icrasına hazırlıq işləri tamamlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2022 08:50 Asia/Baku
  • İran və Azərbaycan dəmiryolları təzəkənddə birləşdirilir

İranın Ərdəbil vilayətinin başçısı Həmid Amuli Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşündə deyib ki, İranın Parsabad şəhərinin Təzəkənd bölgəsindən dəmir yolunun Azərbaycana birləşdirilməsi layihəsinin icrasına hazırlıq işləri tamamlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdəbil vilayətinin icra başçısı İran və Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, hər iki ölkənin rəhbərləinin iradəsi ilə bu əlaqələr daha da güclənəcək.

Ərdəbil vilayətinin İran və Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verəcəyini xatırladan H.Amuli qeyd edib ki, Mədəni ortaqlıqlar, dil və dinin bir olması iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdırır. Biz çalışmalıyıq ki, Azərbaycanla əlaqələrin inkişafında Ərdəbil vilayətinin rolunu artıraq".

Amuli Biləsuvar sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətinin bərpa olmasının zərurətindən danışıb və qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıq aparılıb və ümid edir ki, ilk fürsətdə keçid məntəqəsi tam fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının İrandakı səfiri də iki ölkə arasında quru sərhədlərinin yaxın gələcəkdə yenidən fəaliyyətini başlayacağını bildirib. Qarşılqlı investisiyaların artırılmasına təkid edib.

Qeyd edək ki, Azərbaycanın İrandakı səfəri Əli Əlizadə Ərdəbil vilayətinə səfər edib. O səfər çərçivəsində İranın Ali Liderinnin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amuli ilə görüşüb. Diplomat Ərdəbil əyalətinin sənaye şəhərciyində bir neçə istehsal müəssisəsinə baş çakib.