Xəzər dənizində minatəmizləmə əməliyyatı başa çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i388978-xəzər_dənizində_minatəmizləmə_əməliyyatı_başa_çatıb
Xəzər dənizində- Azərbaycan Respublikasının milli sularında minatəmizləmə əməliyyatı başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2022 14:41 Asia/Baku
  • Xəzər dənizində minatəmizləmə əməliyyatı başa çatıb

Xəzər dənizində- Azərbaycan Respublikasının milli sularında minatəmizləmə əməliyyatı başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkənin Xəzər dənizindəki milli sularında üzən minaların zərərsizləşdirilməsi əməliyyatının başa çatdığını təsdiq edib.

Azərbaycan Respublikasının müdafiə nazirliyindəki məlumatlı qaynaqların bildirdiklərinə görə, bu minalar sovet dövründə Xəzər dənizinə buraxılıbmış.

Nazirliyin verdiyi məlumatda deyilir: Minatəmizləmə əməliyyatında «КB-1» tipli gəmiyə qarşı altı iri mina Xəzər dənizinin altmış metr dərinliyindən aşkar edilib və zərərsizləşdirilibdir.

Əməliyyatda dörd ədəd hərbi gəmi, dörd ədəd qayıq və yüz otuz üç hərbi qüvvə iştirak edib.

Minatəmizləmə əməliyyatı ilə bağlı, təhlükəsizlik dəlillərinə görə dayandırılmış/ gəmilərin Xəzər dənizində gediş-gəlişləri/ adi vəziyyətə qayıdıbdır.