May 17, 2022 10:53 Asia/Baku
  • Yelizavetanı ələ almaq mümkündür?

Prezident İlham Əliyev Britaniya kraliçası İkinci Yelizavetaya Qarabağ atı göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Qəbul mərasimində Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Məlumata əsasən, kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib. II Yelizaveta hədiyyəyə görə təşəkkür edib.

Qeyd edək ki, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya Qarabağ atı hədiyyə edib.

Britaniya Azərbaycan Respublikasının enerji sektorunda böyük paya malik olsa da, Qarabağ münaqişəsində bu ölkənin haqlı mövqeyini heç vaxt dəstəkləmədi və 30 illik əlaqələrində sırf öz maraqlarını təmin etməklə məşğul oldu, təkcə bütün bu müddət ərzində yalnız mənşəyi Azərbaycandan olan çirkli pulların yuyulmasına kömək edib.

Maraqlıdır ki, britaniyalılar Azərbaycan hakimiyyətinin adamlarını və acgöz məmurları tələyə salmağı düşünürmüşlər, onlar bu istiqamətdə son illər daha çox bac almaqdan ötrü Azərbaycan hakimiyyətinə mənsub korrupsionerlərin Londonda çirkli pulları necə yuduqlarını ifşa etməklə tərəfdaş dövlətə başağrısı gətirmişlər. Bu səbəbdən prezidentin əmisi qızı İzzət xanım Cavadovanın, eləcə də iqtidara yaxın deputat Cavanşir Feyziyevin ailəsinin London macəraları son ayların gündəmini dəyişən mövzular oldu. Bu kontekstdə Qarabağ atının kraliçaya hədiyyə olunması onda Azərbaycan hakimiyyətinə simpatiya yaratmaq və onu ələ almaq üçün simvolik xarakter daşıya bilər. Əlbəttə ki, qoca müstəmləkəçinin iştahı böyükdür. 

Teqlər